ABŞ Dövlət katibi Bərzaniyə niyə zəng edib?

16 Yanvar 2018 20:16 (UTC+04:00)

ABŞ Dövlət katibi Reks Tillerson İraq Kürd Muxtariyyətinin baş naziri Nəcirvan Bərzaniyə zəng edib. Axar.az xəbər verir ki, bu barədə İraq Kürd Muxtariyyəti hökuməti məlumat yayıb.

Telefon danışığı zamanı Tillerson Ərbil və Bağdad arasında müzakirələrin başlanmasına görə Bərzaniyə təşəkkür edib. Tillerson tərəflər arasındakı dialoqa ABŞ-ın dəstək verməyə hazır olduğunu bildirib.