Paytaxtda minik avtomobili yanıb

16 Yanvar 2018 18:02 (UTC+04:00)

Bakının Nəsimi rayonunda "Daewoo" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.