Lavrov iranlı həmkarı ilə nəyi müzakirə etdi?

16 Yanvar 2018 17:22 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, danışıqlar zamanı bir sıra aktual beynəlxalq məsələlər müzakirə edilib.

İki ölkə rəsmiləri Moskvada keçirilən Xəzəryanı ölkələrin XİN başçılarının iclasında razılaşdırılan qərar əsasında V Xəzər Sammitində dənizin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə bağlı hazırlıq işlərini müzakirə ediblər. Bundan əlavə, Lavrov və Zərif bir sıra aktual beynəlxalq problemlər, həmçinin İranın nüvə proqramı ətrafında yaranan vəziyyət barədə fikir mübadiləsi aparıb.