Vulkan aktivləşdi 12 min insan təxliyə edildi

16 Yanvar 2018 17:09 (UTC+04:00)

Filippində Mayon vulkanın aktivləşməsi nəticəsində 12 min insan təxliyə edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Filippinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına dair milli komitəsi məlumat açıqlayıb.

Komitənin yayadığı xəbərə görə, vulkanın yerləşdiyi Albay əyalətinin üç rayonundan insanlar təxliyə edilib. Həmin ərazidə yerləşən məktəblərin fəaliyyətinin dayandırılması ilə bağlı əmr verilib. Bir neçə məktəbin təxliyə mərkəzi olaraq istifadə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Mayon vulkanı Fillippinin paytaxtı Maniladan 330 kilometr aralıda yerləşir.