"Zirə" - "Keşlə" matçı “Neftçi”nin təlim-məşq bazasında keçiriləcək

16 Yanvar 2018 13:02 (UTC+04:00)

"Zirə" növbəti yoxlama oyununa çıxacaq. SİA-nın məlumatına görə, Ayxan Abbasovun komandasının “Keşlə”yə qarşı keçirəcəyi yoxlama oyununun hansı stadionda baş tutacağına aydınlıq gəlib.

Qarşılaşma Bakıxanov qəsəbəsində yerləşən “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında oynanılacaq. Görüş yanvarın 19-u saat 15:00-da start götütəcək.