7 qəzada 3 nəfər həyatını itirib

16 Yanvar 2018 11:25 (UTC+04:00)

Ötən gün respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, qəzalarda 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.