Səidə dəyişdi və belə oldu FOTO

16 Yanvar 2018 10:02 (UTC+04:00)

Müğənni Səidə Sultan yeni fotosu ilə "İnstagram" səhifəsində müzakirələrə səbəb olub. SİA-nın məlumatına görə, sənətçinin fərqli saç düzümü və geyimi diqqət çəkib. Səidə bu imici yeni klipi üçün etdiyini bildirib.

Müğənninin geyimini modelyer Elnarə Bəkirova hazırlayıb. "Öyle qarip bir dünya" adlı mahnıya çəkilən ekran işi yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.