Nazarbayev ABŞ-a rəsmi səfərə gedib

16 Yanvar 2018 09:44 (UTC+04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ-a rəsmi səfərə gedib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Nazarbayevin Tramla görüşü nəzərdə tutulur.

"Qazaxıstan dövlət başçısı Vaşinqtonda səfərdədir. Nursultan Nazarbayevin rəsmi səfər çərçivəsində ABŞ lideri Donald Tramp, habelə ABŞ-ın rəsmi və işgüzar dairələrinin nümayəndələri ilə görüşü nəzərdə tutulur" -deyə, məlumatda qeyd olunur.

Bundan əlavə, Qazaxıstan prezidenti BMT Təhlükəsizlik Şurasının iclasına qatılacaq.