Hindistanda Əfqanıstan səfirliyinə raket atılıb

16 Yanvar 2018 02:17 (UTC+04:00)

Hindistanda yerləşən Əfqanıstan səfirliyinin ərazisinə raket düşüb. Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Raviş Kumar deyib.

“Bir müddət əvvəl Kabildə yerləşən səfirliyimizin ərazisinə raket düşdü. Səfirlik binasının arxa hissəsinə zərər dəydi. Olayda heç kim yaralanmayıb. Bütün əməkdaşlar sağ-salamatdır”, - XİN sözçüsü bildirib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.