Rusiyada növbəti sorğu: Putin yenə liderdir

15 Yanvar 2018 20:03 (UTC+04:00)

Rusiyada prezident seçkiləri ilə bağlı növbəti sorğu keçirilib. Axar.az xəbər verir ki, VTSIOM Araşdırma Mərkəzinin keçirdiyi sorğuya əsasən, Rusiya Prezidenti Vladimir Putin səslərin 74,8 faizini toplayacaq.

Mərkəzin baş direktoru Valeri Federov açıqlamasında Putindən sonrakı yerdə 7,3 faiz səslə Kommunist Partiyasının sədri Pavel Qrudin gəlir. İlk üçlükdə isə 4,7 faizlə Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski qərarlaşıb. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin gələcək prezident seçkilərində müstəqil namizəd olacağını açıqlayıb.