Xarkovda yanğın olub, 3 nəfər ölüb

15 Yanvar 2018 01:42 (UTC+04:00)

Ukraynanın Xarkov vilayətində şəxsi evdə baş verən yanğın nəticəsində 3 nəfər ölüb. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Məlumata görə, yanğın dəhlizi, otaq və mətbəxi tam əhatə edib. Nəticədə 42 yaşlı ana və 5 yaşında olan oğlan və qız dünyasını dəyişib. Onların tüstüdən boğulduğu ehtimal edilir.

Yanğının söndürülməsində 2 yanğınsöndürən maşın və 9 nəfər şəxsi heyət iştirak edib.