Yanan tankerin heyət üzvləri ölüb

14 Yanvar 2018 15:55 (UTC+04:00)

Yanvarın 6-da Şərqi Çin dənizində Honkonqa məxsus yük tankeri ilə toqquşan neft tankerinin heyət üzvlərinin hamısı ölüb.

Qeyd edək ki, yanvarın 6-da axşam İran şirkətinə məxsus olan və Panama bayrağı altında üzən SANCHI tankeri Honkonqa məxsus CF CRYSTAL yük gəmisi ilə toqquşub. Yük gəmisinin göyərtəsində olan 21 nəfər xilas edilib. Tankerin göyərtəsində isə 30 İran və 2 Banqladeş vətəndaşı olub. Tankerdə 136 min ton qaz kondensatı olub. Ötən həftənin cümə axşamı Çin Nəqliyyat Nazirliyi tankerdə partlayış və yanğın baş verdiyini açıqlayıb.