Ev yanıb

14 Yanvar 2018 15:15 (UTC+04:00)

Bərdə rayonunda yanğın olub.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qaradəmirçi kəndində ümumi sahəsi 143 m2 olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı 20 m2 və tavanın şüşə pambıq üzlüyü 143 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.