Çili hökuməti "Doing Business" barədə tədqiqat aparmağı tələb edib

14 Yanvar 2018 13:55 (UTC+04:00)

Çili hökuməti Dünya Bankından ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə dair faktların təhrif edilməsi ilə bağlı "Doing Business" reytinqinin müəyyənləşdirilməsi sahəsində təhqiqat aparmağı tələb edib.

Bunu Çili prezidenti Mişel Baçelet bəyan edib.

Çili prezidenti "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ölkələrin reytinqinin müəyyənləşdirilməsi ilə məşğul olan beynəlxalq institutlar etibarlı olmalıdır: "Çünki həmin beynəlxalq təşkilatların açıqladığı reytinqlər sərmayə qoyuluşuna və ölkənin inkişafına təsir göstərir".