Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

14 Yanvar 2018 11:55 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatının cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Hələ də 5 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, torpaq sürüşməsi ilə bağlı xilasetmə əməliyyatları 2 minə qədər xilasedicinin iştirakı ilə 5 gündür ki, davam edir. Hidrometeoroloqlar gələn həftə Kaliforniya ştatının cənubunda yeni yağışların gözlənildiyini və bunun da növbəti torpaq sürüşmələrinə yol aça biləcəyi barədə xəbərdarlıq edib.