ABŞ prezidentlərinin xəstəlikləri açıqlandı

14 Yanvar 2018 02:03 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp prezidenti seçiləndən sonra ilk dəfə tibbi müayinədən keçib. 71 yaşlı Trampın sağlam olduğu bildirilir. Qaynarinfo.az xəbər verir ki, ictimaiyyətə prezidentlərin sağlam olması barədə məlumatlar verilsə də, bir çox ABŞ prezidentləri xəstəliklərdən əziyyət çəkib.

Franklin Ruzvelt

Uşaqlıqda iflic keçirən Ruzvelt hərəkət problemi yaşayırdı və 39 yaşından sonra dəstək olmadan yeriyə bilmirdi. 4 dəfə prezident seçilən Franklik Ruzvelt həmçinin yüksək təzyiq və ürək xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən, sonuncu prezidentlik dövrünü bitirmədən ürək çatışmazlığından öldü.

Ronald Reyqan

Trampdan əvvəl ən yaşlı prezident statusunu qazanmış 69 yaşlı Reyqan "Sağlamlığım pozulsa, vəzifədən gedəcəyəm" demişdi. Ona prezident postundan gedəndən 6 il sonra Alzheimer diaqnozu qoyuldu. Lakin vəzifədə olduğu dövrdə bu xəstəlikdən əziyyət çəkməsi barədə heç bir sübut tapılmadı.

Qroqer Klivlend

Klivlend 1893-cü ildə xərçəng diaqnozu ilə əməliyyat keçirmişdi. Bu fakt mətbuatdan 25 il gizlədildi.

Con Kennedi

Ən gənc prezidentlərdən olan Con Kennedi sağlam prezidentlərdən hesab edilirdi, lakin daha sonradan onun kürək ağrıları, addison və s. kimi bir çox xəstəliklərdən əziyyət çəkdiyi aşkarlandı. Hətta Ağ Ev Kennedinin ağrılarına görə tez-tez həkimi Maks Yakobsonu çağırır, ona ağrıkəsici vurulurdu.

ABŞ-ın ilk 37 prezidentindən 18-ində ciddi psixoloji problemlərin olması faktı da daha sonradan ictimaiyyətə məlum olan məsələlərdəndir. Onlardan bəziləri bu vəziyyətlərinə görə hətta prezident vəzifəsini icra edə bilməyəcək halda olublar.