Rusiya ordusu İdlibdə 14 nəfəri öldürüb

14 Yanvar 2018 00:19 (UTC+04:00)

Suriyanın İdlib şəhərində bəzi kəndlərə ötən gün hava hücumu təşkil edilib. Axar.az xəbər verir ki, Rusiya və Suriya ordusunun keçirdiyi əməliyyat nəticəsində 14 sadə vətəndaş həyatını itirib, 10 nəfərin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İdlibdə bəzi ərazilər Türkiyə, Rusiya və İran Qazaxıstanın paytaxtı Astanada əldə edilən razılşamaya əsasən, təhlükəsiz bölgə elan edilmişdi.