Hindistanın qərb sahillərində helikopter qəzaya uğrayıb

13 Yanvar 2018 23:19 (UTC+04:00)

Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb. Axar.az xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin Tvitter səhifəsində insidentin yanvarın 13-də səhər saatlarında baş verdiyi bildirilir. Helikopterdə iki pilotdan başqa, Ərəb dənizində yerləşən buruqların birinə yollanan Hindistanın neft və təbii qaz üzrə komissiyasının 5 əməkdaşı da olub.

Helikopter havaya qalxdıqdan bir qədər sonra onunla əlaqə kəsilib. Xilasedicilər hadisədən bir neçə saat sonra Mumbay şəhərindən 50 kilometr uzaqlıqda helikopterin qalıqlarını aşkarlayıblar. Hazırda qəza nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib, 3 nəfərin taleyindən isə hələlik xəbər yoxdur. Qəzanın səbəbləri məlum deyil.