Şirvanda yaşayış evinin çardağı çöküb

13 Yanvar 2018 21:04 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb. Nəticədə bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

FHN-nin məlumatında deyilir ki, hadisə yerinə cəlb olunmuş Mülkü Müdafiə Qoşunlarının xilasetmə qüvvələri xəsarət almış vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.