Goranboyda ikimərtəbəli ev yanıb

13 Yanvar 2018 14:00 (UTC+04:00)

Goranboyda yanğın qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində 1 otağının tavanı 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​