Poloşalılar Kaçinskiyə sui-qəsd hazırlandığını bəyan etdi QALMAQAL

13 Yanvar 2018 12:28 (UTC+04:00)

Rusiya tərəfi rədd edir

Polşanın Müdafiə nazirliyinin komissiyası 2010-cu ildə Smolensk üzərində uğramış Tu-154M təyyarəsinin daxildən partlaması barədə məlumat yayıb. SİA interfax.ru saytına istinadən xəbər verir ki, komissiya partlayış vaxtı Polşa prezidenti Kaçinskinin də içində olduğu təyyarənin kifayət qədər aşağıdan uçaraq, sol qanadının ağaclara dəyib qopması səbəbindən qəzaya uğraması səbəbini rədd edib. Eyni zamanda, komissiya apardığı çoxillik araşdırmalardan sonra belə nəticəyə gəlib ki, təyyarə Smolensk üzərindən uçarkən, partlayış bir neçə dəfə baş verib və hava gəmisi içəridən zədələnib.

Polşanın Müdafiə nazirliyinin komissiyası texniki və s. araşdırmalardan sonra konkret olaraq bu faktorun üzərində dayandığını rəsmi şəkildə bəyan edib.

Qeyd ki, Polşa tərəfi daha öncələr də TU-154M-də partlayışın daxildən baş verdiyini iddia edirdi, lakin Rusiyanın qəzanı araşdırma komitəsi həmin iddianı qəbul etmirdi.

Xatırladaq ki, Kaçinskinin prezident təyyarəsi 2010-cu ilin 10 aprel tarixində Smolensk üzərindən uçarkən partlayaraq yerə düşüb. Təyyarədə olan 96 nəfərin hər biri həlak olub. Kaçinski Xatında - 1940-cı ildə NKVD tərəfindən güllələnmiş polşalı hərbiçilərin dəfn olunduqları matəm mərasimində iştirak etməyə gedirdi. Təyyarənin partlayışdan sonra qəzaya uğradığıını iddia edən polşalılar Rusiya xüsusi-xidmət orqanlarının Kaçinskiyə sui-qəsd düzənlədiyini iddia edirdilər. Rusiya tərəfi isə bu iddiaları qəbul etməyərək, digər motivləri irəli sürürdü.

Rövşən NURƏDDİNOĞLU