İrana qarşı sanksiyalar genişləndirilib

13 Yanvar 2018 13:30 (UTC+04:00)

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sanksiyalar 14 fiziki şəxs və şirkətə qarşı tətbiq edilib. “Qara siyahıya” salınanlar arasında İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricaninin də olduğu bildirilir.

S. Laricani İran parlamentinin spikeri Əli Laricaninin qardaşıdır.