Azərbaycan-Özbəkistan tarixi əlaqələrini əks etdirən kitab

13 Yanvar 2018 14:20 (UTC+04:00)

AMEA Milli Azərbaycan Tarix Muzeyinin elmi fond işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovanın “Azərbaycan və özbək xalqlarının tarixi əlaqələri” adlı kitabı rus dilində çapdan çıxıb.

Nəşr Azərbaycan-özbək xalqlarının tarixi əlaqələrinin ən qədim dövrdən 1991-ci ilədək araşdırılmış ilk xüsusi, kompleks tədqiqat işidir. Monoqrafiyada Azərbaycan və Özbəkistan xalqları arasında siyasi, sosial-ekonomik, mədəni, tarixi əlaqələrin əsas xüsusiyyətləri göstərilib. Təqdim edilən araşdırma iki ölkə arasındakı münasibətlərin inkişaf tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.