Bu şəhərdə qızlara "qız" demək qadağan olunub

14 Yanvar 2018 02:19 (UTC+04:00)

Böyük Britaniyanın Mançester şəhərində "Oltringem" qızlar məktəbində rəhbərlik şagirdlərin qız adlandırılmasını qadağan edib. Məktəb direktoru bunun əvəzində cins baxımdan daha neytral ifadələrdən istifadə etməyi təklif edib.

Valideynlərə ünvanlanan məktubda məktəb rəhbərliyi qərarı izah edib. Bildirilib ki, bu qərar cinsi mənsubiyyətinin müəyyənləşdirilməsində çətinlik çəkən uşaqların özünü daha rahat hiss edə bilmələri üçün verilib. Bununla belə, məktəb öz adındakı "Qızlar" sözünü yığışdırmaqdan imtina edib.