Ərəb nazir: "Neftin qiymətindəki artım bazar əsaslarına söykənir"

13 Yanvar 2018 03:02 (UTC+04:00)

Neftin qiymətindəki artım bazar əsaslarına söykənir. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Suhail bin Mohammed al-Mazroui deyib.

O bildirib ki, neftin qiymətinin bahalaşmasına səbəb güclü tələbat artımıdır. Həmçinin bu prosesə OPEC-in rəhbərliyi əldə edilən neft hasilatının azaldılmasına dair saziş də öz təsirini göstərir.