Yunker: "Türkiyə Avropa Birliyinə buraxılmayacaq"

12 Yanvar 2018 23:04 (UTC+04:00)

"Türkiyə həbs edilən jurnalistləri azad etməsə, Avropa Birliyinə buraxılmayacaq." Bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının sədri Jan Klod Yunker söyləyib.

“Məncə Türkiyə AB üçün çox vacibdir. Lakin Türkiyə nəhəng addımlarla əvvəlki Avropa ambissiyalarından uzaqlaşır. Baxaq görək, Türkiyə yaxın aylarda hansı inkişafa nail olacaq. Türkiyə həbsxanalarında jurnalistlər azadlığa buraxılmayana qədər heç bir irəliləyiş olmayacaq”, – deyə o bildirib.