Amerikalı aparıcı canlı efirdə erməniləri təhqir etdi

12 Yanvar 2018 18:11 (UTC+04:00)

Amerikalı teleaparıcı və komediya ustası Trevor Noy ABŞ-da ermənilərlə ilə bağlı narazılığını ifadə edərək onları canlı efirdə "çirkli ermənilər" adlandırıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Bu həqiqətən gülməlidir. Bu, sanki kiminsə "mən ən tolerant insanam, bunu çirkli ermənidən soruşun" ifadəsinə bənzəyir" - deyə, aparıcı Trampın özünü "sabit dahi" adlandırmasına fikrini şərh edib.

Aparıcının bu çıxışından sonra erməni vəkillər assosiasiyası Trevor Noy haqqında şikayətlərini bildirərək televiziyadan ermənilərə ünvanan ifadələrə görə üzr istəmələrini tələb ediblər. .