Yasamalda mənzildə kişi meyiti tapılıb

12 Yanvar 2018 17:19 (UTC+04:00)

Yasamalda 53 yaşlı kişi meyiti tapılıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Sivuşkin Dmitriy Gennadiyeviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.