Bu gün paytaxt və rayonlarda 4 yaşayış evi yanıb

12 Yanvar 2018 17:21 (UTC+04:00)

Bu gün paytaxt və rayonlarda 4 yaşayış evi yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad rayonunda ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 7 otaq və aynabənddən ibarət evin qamışdan ibarət dam örtüyü 200 kv.m sahədə və 2 otağın tavanı 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yevlax rayonunda da ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 kv.m sahədə və dam örtüyü 50 kv.m sahədə yanıb.

Lənkəranın Cil kəndində sahəsi 144 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 104 kv.m sahədə yanıb.

Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evdə 4 kv.m sahədə döşəmə, xalça və çarpayı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.