10 İraq vətəndaşı saxlanılıb

12 Yanvar 2018 16:23 (UTC+04:00)

Türkiyənin Kayseri şəhərində keçirilən əməliyyat nəticəsində İŞİD terror təşkilatının “kənd təsərrüfatı naziri” hesab edilən Tarık Əhmədi saxlanılıb.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı Əhmədidən başqa daha 9 İŞİD üzvü saxlanılıb.

Həmçinin Samsun şəhərində də keçirilən əməliyyatda İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən azı 10 İraq vətəndaşı saxlanılıb.