Sosial şəbəkələrin ulduzu nələr danışdı? AÇIQLAMA-FOTOLAR

12 Yanvar 2018 16:02 (UTC+04:00)

Sosial şəbəkələrin ulduzuna çevrilən stilist Samiraldo yeni imicindən söz açıb. SİA-ya danışan stilist bunları deyib: "İmicimi dəyişmişəm. Yaylığı çıxarıb, süni saçdan (parik) istifadə edirəm. Uzun müddət bu imicdə qalacam, dəyişdirməyəcəm. Amma hələki başıma yaylıq bağlamayacam. Çünki baş örtüyündən istifadə etdim, bir çoxları məni təkrarladı. Yay mövsümündə yenidən yaylıq bağlayacam. Onu da qeyd edim ki, baş örtüyü mənə çox uğur gətirdi".