Anjey Kaspşik yenidən vəzifəyə seçilib

12 Yanvar 2018 15:56 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik daha bir il bu vəzifəyə seçilib.

SİA-nın ATƏT Katibliyinə istiandən verdiyi məlumata görə, qərar ATƏT-in Daimi Şurasının iclasında qəbul edilib.

Qeyd edək ki, A.Kaspşik 1997-ci ildən bu vəzifədədir.

A.Kaspşik mandatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ATƏT-in fəaliyyətdə olan sədrini təmsil edəcək. O, münaqişənin sülh yolu ilə uzunmüddətli həllinə nail olunması üzrə həmsədrlərin səylərinə töhfə verəcək.