"Qarabağ" Antalyada hazırlığını davam etdirir

12 Yanvar 2018 15:36 (UTC+04:00)

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, hazırlığın dördüncü günündə komandanın ilk məşqi yerli vaxtla saat 10:30-da start götürüb.

Futbolçular yağış yağmasına baxmayaraq, 90 dəqiqə meydanda çalışmalarını davam etdiriblər. Fiziki hərəkətlərlə start götürən hazırlıq toplu çalışmalarla başa çatıb. Günün ikinci məşqi isə yerli vaxtla saat 17:30-a təyin olunub.