Xolesterini azaldan qidalar hansılardır?

13 Yanvar 2018 01:23 (UTC+04:00)

Ürək xəstəlikləri dünyada ölümcül xəstəliklər sırasında ilk cərgələrdədir. Yüksək xolesterol ürək xəstəlikləri riskini artıran amillərdəndir. Bu səbəbdən xolesterolun səviyyəsini normada saxlamaq çox vacibdir. Bəzi məhsullar var ki, bu məhsullar xolesterolun səviyyəsini aşağı salmaqda kömək edir.

- Badam, qoz və yağlı toxumlar (kətan toxumu, çia toxumu və s.) maqnezium mənbəyidir

Deyerler.org bildirir ki, yağlı toxumlar da qida baxımından zəngin məhsullardandır. Zülal tərkibi olan yağlı toxumlar, qan təzyiqini tənzimləməyə köməkçi olur.

Yağlı toxumların tərkibində olan fitosterol, xolesterinin azaldılmasında təsirlidir. Kalsium, maqnezium və kalium da yağlı toxumların tərkibində yer alır. Bu mineralların xolesterini azaldan və qan təzyiqini tarazlayıcı xüsusiyyətləri ürək sağlamlığını qorumağa yardımçı olur.

- Qoruyucu qalxanı olan "meyvələr"

Sağlam ürək üçün meyvələr mükəmməl mənbədir. Bir çox meyvənin tərkibində lif olduğuna görə xolesterini azaltmaqda çox təsirlidir. Alma, üzüm və çiyələkdə olan pektin, xolesterini azaltmaqda 10% təsirlidir.

- Qan təzyiqi üçün "sarımsaq"

Əsrlər boyu tərkibində olan allisin sayəsində sağlamlıq üçün ən təsirli qidalardan biri olan sarımsaq, yüksək qan təzyiqini aşağı salır. Lakin təsirinin görülməsi üçün çox istehlak edilməsi lazımdır.

- Şokolad

Kakao, acı şokoladın əsas tərkibidir. Acı şokolad və kakao, "pis" xolesterini salmada ən təsirli qida resurslarındandır. Aparılan araşdırmalar, gündə iki dəfə kakao istehlak etmənin xolesterinin saldığını göstərmişdir.

Saglamolun.Az