Xərçəng xəstəsi olan aparıcımız: "Son zamanlar özümü pis hiss edirəm"

12 Yanvar 2018 13:30 (UTC+04:00)

Xərçəngdən əziyyət çəkən aparıcı və aktrisa Zümrüd Qasımovanın səhhəti pisləşib. SİA-nın məlumatına görə, o, bu haqda "İnstagram" səhifəsində yazıb: "Milli Onkologiya Mərkəzinə getdim. Çox narahat idim. Son zamanlar özümü çox pis hiss edirdim: halsızlıq, depressiya, başdönmələri... Qorxurdum.... Həkimimin yanına getdim. Onun gülərüzlüyünü görən kimi halım düzəldi. Analizlərin cavabına baxdı və dedi ki, xırda problemlər var, onkologiya ilə bağlı deyil.

Söylədi ki, “Gözlərindəki həmişəki parıltı yoxdur, onu mütləq düzəlt. Sən bilirsən necə xoşbəxt insansan? Çünki sağalmısan, kəfəni yırtmısan. Yaşa, kef elə. Boş ver hər şeyi, gül”.

Gözlərimin yenidən parıldaması üçün iki ay vaxt verdi. Otaqdan çıxdım... Qapının yanında çarəsiz insanları görəndə anladım ki, xoşbəxtəm, Allah məni sevir”.