"Yoxdu belə söhbət" romantik-komediyasının qala gecəsi keçirilib FOTOLAR

12 Yanvar 2018 12:27 (UTC+04:00)

"Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Yoxdu belə söhbət" romantik-komediyasının qala gecəsi keçirilib.

SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş filmin quruluşçu rejissoru Rüfət Həsənov, quruluşçu operatoru Elman Əliyev, ssenari müəllifləri Kamal Həsənov, Rüfət Həsənov və Asif Rüstəmov, icraçı prodüseri Nadir Əliyevdir. Rollarda Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnun, Tünzalə Qəhrəman, Teymur Məmmədov, Nofəl Şahlaroğlu və başqaları var.

Filmin prodüseri Müşfiq Hətəmovdur.