Prezidentlər telefonda nəyi müzakirə etdilər?

12 Yanvar 2018 10:26 (UTC+04:00)

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

Putin bildirib ki, telefon danışığı zamanı əsasən Suriyadakı vəziyyət müzakirə edilib: “Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığımız oldu. Suriyadakı vəziyyəti müzakirə etdik. İdlibdə baş verənləri, Suriyadakı hərbi bazalarımıza dronlarla hücumu müzakirə etdik”.

Qeyd edək ki, dövlət başçıları Astanada Suriya böhranı ilə bağlı danışıqlara hazırlıq üzrə birgə səyləri də müzakirə ediblər.