Hüseyn Əzizoğluna efir qadağası

12 Yanvar 2018 10:14 (UTC+04:00)

ATV telekanalı tanınmış vayner Hüseyn Əzizoğluna efir qadağası qoyub.
SİA-nın məlumatına görə, ATV telekanalında yayımlanmış “Vine show”-da iştirak edərək üçlüyə qədər gəlib çıxmış Hüseyn Əzizoğlu səsvermədə uduzaraq finala keçə bilməyib.

Vayner finala qala bilməməsi ilə əlaqədar sosial şəbəkədə paylaşım edərək uduzmağında kanal rəhbərliyini günahlandırıb: “Məni “Vine show”-da uduzdurdular. Yarımfinalda məni uzaqlaşdırdılar. Amma mən buna layiq deyildim. 1 milyon izləyicisi olan məni gətirib 20 min izləyicisi olan birinə uduzdurdular. Mən bu xalqın içindən çıxan adamam. Atama, qohumlarıma 2-3 min manat pul verib, “Mənə səs göndərin” deməmişəm. Məni Allah, bu xalq sevir. Təki mən həyatda uduzmayım, oyun boş şeydir. Hər şeyi xalqım gözəl bilir. Hamınızı sevirəm. Mən qalib olmadım, amma xalqımın sevgisini qazandım. Göndərdiyiniz səsləri hala edin”.

Vaynerin bu çıxışı ATV telekanalının rəhbərliyi tərəfindən qəzəblə qarşılanıb və vaynerin kanala girişinə qadağa qoyulub.