Elton xanımına belə ad günü keçirdi FOTO+VİDEO

12 Yanvar 2018 09:42 (UTC+04:00)

Müğənni Elton Hüseynəliyev həyat yoldaşı Tamillaya ad günü edib.

SİA-nın məlumatına görə, mərasimə klarnet ifaçısı Hüseyn Məmmədoğlu da xanımıyla qatılıb.

Sənətçi sosial şəbəkədə xanımı və qızları ilə olan fotosunu paylaşaraq bu sözləri yazıb: “Bu gün mənə doğma olan, hələ onu tanımadan qisməti mənimlə bir yazılan, başımın tacı, Məryəm və Nurayın anası, həyat yoldaşım Tamilla xanımın ad günüdür. Tamilla, səni ürəkdən təbrik edirəm. Sənə ürəyində olan bütün arzularına çatmağı diləyirəm".

Eltonun prodüseri Tolik ad günündən videolar çəkib. O, görüntüləri "İnstagram" səhifəsində paylaşaraq, səbəbkarı özəl günü münasibəti ilə təbrik edib.

Həmin görüntüləri təqdim edirik: