Hamit Altıntop yenidən Türkiyəyə qayıdır

12 Yanvar 2018 08:01 (UTC+04:00)

Futbol üzrə Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Hamit Altıntop karyersını yenidən Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, o, Super Liqa təmsilçisi “Yeni Malatyaspor”la razılığa gəlib. Hələlik müqavilə şərtləri barəsində açıqlama verilməsə də, onun mövsümün sonuna kimi anlaşma imzalayacağı gözlənilir. Son klubu II Bundesliqa təmsilçisi “Darmştdat” olan 35 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Şalke”, “Bavariya” və “Real” kimi klublarda çıxış edib.