“Borussiya”nın futbolçuları toyuq dönərindən zəhərlənib

12 Yanvar 2018 06:08 (UTC+04:00)

“Borussiya”nın futbolçuları zəhərlənib. Bu barədə Almaniya mətbuatı xəbər yayıb. Dortmund təmsilçisinin 9 futbolçusunun - Roman Burki, Roman Veydenfeller, Mark Bartra, Andre Şürrle, Kristian Pulişiç, Ömer Toprak, Yakob Brunn Larsen, Nuri Şahin və Dominik Reymanndın yedikləri toyuq dönərindən zəhərləndikləri bildirilir.

Adıçəkilən futbolçuların məhz bu səbəbdən “Sulte Varegem”lə yoxlama oyununu buraxdıqları qeyd edilib.