"Fələstini heç bir zaman yalnız buraxmayacağıq”

11 Yanvar 2018 23:04 (UTC+04:00)

"ABŞ-ın sözügedən təhdidləri işə yarasa, rəsmi Vaşinqton BMT-dəki səsvermələr zamanı bu qədər əzici məğlubiyyətlə qarşılaşmazdı." Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinin suallarını cavablandırarkən deyib.

“Deyək ki, ABŞ Fələstinə yardımları dayandırdı. Bəs biz nə üçün varıq? Ümid edirəm, digər müsəlman ölkələri də eyni həssaslığı nümayiş etdirəcək, Qüds səsverməsi zamanı təzyiqdən qurtulmaq üçün tətilə gedən ölkələrin səfirləri isə bundan sonra Qüds, Fələstin və Qəzza barəsində daha həssas olacaqlar. Biz humanitar yardım və inkişaf layihələri zamanı da Fələstini heç bir zaman tək qoymadıq, siyasi cəhətdən də yalnız buraxmayacağıq”, - Çavuşoğlu deyib.