Yemək zamanı danışmağın ziyanları....

12 Yanvar 2018 02:37 (UTC+04:00)

Bir çox insanlar bilir ki, yemək zamanı danışmaq olmaz. Lakin bunun əsl səbəblərini az bir insan bilir.

Beləliklə, yemək zamanı danışmaq nə üçün ziyanlıdır:

1. Yemək zamanı danışan insan yeməklə birlikdə çoxlu hava udur ki, bu da köpə, həzmin pozulmasına səbəb ola bilər. Bu xüsusilə mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün aktualdır.

2. Yemək zamanı danışan insanda qidanın kiçik hissəcikləri nəfəs yollarına, sonra bronxlar və ağ ciyərlərə düşə bilər. Bu isə çox ciddi iltihabların inkişafına səbəb ola bilər. Qidanın ağciyərlərə düşməsi çox ağır pnevmoniyanın (sətəlcəm) inkişafına gətirib çıxarda bilər. Nəfəs yollarına düşən iri qida tikəsi onları tam bağlaya bilər ki, bu da asfiksiyaya və insanın həlak olmasına səbəb ola bilər.

3. Sübut olunub ki, yemək zamanı danışan insan lazım olandan daha çox qida qəbul edə bilər ki, bu da artıq çəkinin yığılmasına gətirib çıxarda bilər.

4. Alimlər sübut ediblər ki, yemək zamanı danışan insan yeməyin dadını daha az hiss edir və yeməkdən zövq almır.