Xəbərdarlıq: Düzgün bişirilməmiş toyuq iflic yaradır!

12 Yanvar 2018 03:25 (UTC+04:00)

Alimlər xəbərdarlıq edir ki, yaxşı bişirilməmiş və ya qızardılmamış toyuq insanda iflicə səbəb ola bilər. Məsələ burasındadır ki, çiy toyuqda çox təhlükəli Campylobacter jejuni bakterilər olur.

Bu bakterilər yaxşı bişirilməmiş toyuq ətində məhv olmur, əksinə çoxalır və insan orqanizminə düşdükdə nadir immun xəstəliyi olan Giyen-Barre sindromunun inkişafına gətirib çıxardır. Bu sindrom zamanı periferik sinirlər zədələnir və insanda kəskin sinir-əzələ iflici inkişf edir. Sindrom istənilən yaşda olan insanlarda inkişaf edə bilər. Ağır hallarda sindrom insanın tam iflicinə səbəb olur.

Miçiqan Universiteti (ABŞ) alimlərinin fikrinə görə, Campylobacter jejuni bakteriləri insan orqanizmi üçün olduqca təhlikəlidir. Bu səbəbdən ekspertlər toyuğu yüksək temperaturda yaxşı bişirməyi və ya qızartmağı, heç zaman yarıçiy halda yeməməyi tövsiyə edirlər. Alimlər toyuğu mikrodalğalı sobada bişirməyi tövsiyə etmirlər, bu halda bakterilərin sağ qalma ehtimalı çox olur.