Xəbərdarlıq: Bunlar böyrəklərinizi məhv edir!

12 Yanvar 2018 06:19 (UTC+04:00)

Böyrəklər insan orqanizmində ən vacib orqanlardan biridir. Böyrəklər orqanizmdə filtr funksiyasını yerinə yetirir, qanı ziyanlı maddələrdən təmizləyir, duz-su balansını saxlayır, arterial təzyiqi tənzimləyir. Bu səbəbdən böyrəklərin sağlamlığını qoruyub saxlamaq olduqca vacibdir.

Bəzi amillər böyrəklərin sağlamlığına çox mənfi təsir edir. Bu amillər arasında:oyrekler-ucun-ziyanli-amiller

- Spirtli içkilər və siqaret çəkmək

Bu pis vərdişlər böyrəklərin fəaliyyətini olduqca çətinləşdirir.

- Yuxunun az olması

Yuxuda orqanizm dincəlir və bərpa olunur. İnsan daim az yatanda bu orqanizmə ciddi ziyan vurur, orqan və sistemlərin tükənməsinə səbəb olur.

- Tərkibində kofein olan içkilərin (çay, qəhvə, enerji içkilər) çoxlu miqdarda qəbulu

Böyük miqdarda kofein orqanizm üçün ziyanlıdır. Kofein sidikqovucu təsirə malikdir ki, orqanizmin susuzlaşmasına səbəb olur, böyrəklərə düşən gərginliyi artırır.

- Passiv həyat tərzi

Böyrəklər hərəkət sevir. Bu onlarda qan dövranını yaxşılaşdırır. İnsan oturaq həyat tərzi sürürsə, böyrəklərdə durğunluq prosesləri əmələ gəlir ki, bu da böyrəklərdə iltihablara və s. pozulmalara səbəb olur.

- Sidik saxlamaq

Bu böyrəklər üçün çox ziyanlıdır, onlarda müxtəlif pozulmalara, iltihablara səbəb olur, böyrək-daşı xəstəliyinin inkişafına təkan verir.

- Duzlu qidaların həddindən çox miqdarda qəbulu

Böyrəklər orqanizmdə su-duz balansını tənzimləyən əsas orqandır. Duz orqanizmə həddindən artıq çox miqdarda daxil olunduqda, bu böyrəklərin fəaliyyətini pozur.

- Pəhrizlər, kəskin arıqlama

Böyrəklər piy kapsul ilə örtülür. Bu onları mənfi xarici təsirlərdən qoruyur. İnsan arıqlayanda böyrəklər müdafiəsiz qalır və həmçinin yerini dəyişir (sallanır). Bu da onların fəaliyyətini pozur.

- Zülalların həddindən çox miqdarda qəbulu

Zülallarla zəngin olan qidalar böyrəklərə olan gərginliyi artırır və bu da müxtəlif pozulmalara təkan verir.

- Suyun az miqdarda qəbulu

Böyrəklərin normal fəaliyyəti üçün insan kifayət qədər su içməlidir. Suyun az miqdarda qəbulu qanın qatılaşmasına səbəb olur. Böyrəklər qatı qanı daha çətinliklə təmizləyir. Bu hal daim təkrarlanırsa, böyrəklərdə pozulmalar inkişaf etməyə başlayır.

Susuzlaşmanın qarşısını almaq üçün hər gün 8 stəkan təmiz su için.