Vüsalə:"Özümü insanlara təsdiq etməkdə hər zaman əziyyət çəkmişəm" AÇIQLAMA

9 Yanvar 2018 12:05 (UTC+04:00)

Aparıcı Vüsalə Kərimova özü haqda maraqlı açıqlamalar verib.

SİA-ya danışan Vüsalə etiraflar edib: "Məni bir çoxları aqressiv insan kimi tanıyır. Amma əslində o qədər yaxşı qızam (gülür). Məni insanlar tanıdıqdan sonra sevirlər və illərlə həmin kəslərlə dostluq edirəm. Özümü insanlara təsdiq etməkdə hər zaman əziyyət çəkmişəm. Ona görə məni tanımayan insanlara məsləhət görərdim ki, haqqımda pis fikirlərə düşməyin. Onu da qeyd edim ki, bəzən aqressiv ola bilərəm. Kimsə bostanımı daşlamasa, öz işimdə olan insanam. Heç kimlə işim yoxdur".