Çinin şərq sularında tanker ilə yük gəmisi toqquşub

7 Yanvar 2018 11:09 (UTC+04:00)

Çinin şərq sularında neft tankeri ilə quru yük gəmisinin toqquşması nəticəsində 32 heyət üzvü, o cümlədən 30 İran və 2 Banqladeş vətəndaşı itkin düşüb. SİA xəbər verir ki, hadisə şənbə günü axşam saatlarında sahildən 296 kilometr məsafədə baş verib. Toqquşma nəticəsində Panama şirkətinə məxsus tankerdə güclü yanğın olub. İtkin düşənlərin hamısı məhz tankerin heyət üzvüdür. Honkonq qeydiyyatında olan yük gəmisinin 21 heyət üzvü xilas edilib.

Hazırda axtarış işləri aparılır. Toqquşmanın baş vermə səbəbi araşdırılır.