Masallıda ev yandı - ölən var

31 Dekabr 2017 05:19 (UTC+04:00)

Masallı rayonunda ölümlə nəticələnən yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkərandan 1, Masallıdan isə 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğına qaz sobasında yaranmış nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.