Putin partlayışı terror aktı adlandırıb

28 Dekabr 2017 12:33 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqdakı partlayışı terror aktı adlandırıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ötən gecə şəhərin supermarketlərindən birində baş verən partlayış zamanı 13 nəfər xəsarət alıb.

Hadisə zamanı 200 qram trotil ekvivalentində partlayıcı qurğudan isitfadə olunub.