Göygöl sakinini qətlə yetirən keçmiş məhkum saxlanılıb

27 Dekabr 2017 14:52 (UTC+04:00)

Göygöl rayon sakini Qəzənfər Musayevi qətlə yetirməkdə şübhəli bilinən Seymur Muradov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, dekabrın 26-da Göygöl rayon sakini Q.Musayev yaşadığı evin yaxınlığından kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş S.Muradov saxlanılaraq istintaqa təhvil verilb.